Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə humanitar təşkilatın əməkdaşı olan Fransa vətəndaşı oğurlanıb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Fransa XİN-i məlumatı təsdiq edib.
Fransa xarici işlər idarəsindən məlumat verilib ki, oğurlanan 67 yaşlı qadındır. “Fransa humanitar qaydalara zidd olan hərəkətə görə təəssüf edir və oğurlanan vətəndaşının tezliklə sərbəst buraxılmasını cinayətkarlardan tələb edir”, Fransa XİN-in bəyanatında deyilir.
Son məlumatlara görə, Banqi arxiyepiskopu artıq qadını oğurlayanlar ilə danışıqlar aparılır.