30 Noyabr 2023 18:48
4 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Bolqarıstanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın olduğu təyyarənin öz hava məkanından uçmasına icazə verməməsi qərarını “absurd və axmaqlıq” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, Bolqarıstan rəhbərliyini ağıllı qərarlar verməyə çağırıb.

“Bolqarıstan hakimiyyətinin mövqeyi izahedilməzdir, heç bir çərçivəyə sığmır, tamamilə absurd və axmaqdır. Bolqarıstan rəhbərliyini qəbul etdiyi qərarlarda ağıllı davranmağa çağırıram”, - Peskov deyib.

Zaxarova da məsələ ilə bağlı açıqlamasında qərarı “təhlükəli axmaqlıq” kimi qiymətləndirib.

ATƏT-in Şimali Makedoniyada keçirilən toplantısına gedən Rusiya xarici işlər naziri Sergey Lavrov və nümayəndə heyətini aparan təyyarə marşrutunu dəyişərək Yunanıstan üzərindən uçmaq məcburiyyətində qalıb. Bolqarıstan Zaxarovanın təyyarədə olması səbəbindən öz ərazisi üzərindən uçmağa icazə verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər