4 Dekabr 2023 00:09
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyada ciddi hərbi-siyasi vəziyyətə görə orduda xidmət müddətinin artırılması məsələsi çoxdan gündəmə gəlib”.

Teleqraf.com xəbər verir ki, bunu “News.ru”ya Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

Onun hesablamalarına görə, çağırışçılar ilk altı ay təlim hissələrində təhsil almalı, sonra isə daha bir il yarımı birbaşa qoşunlarda xidmət keçirməlidirlər. Nəticədə əsgərlər düşmənin hücumlarını dəf etməyə qadir, güclü, yaxşı təlim keçmiş olacaqlar.

“Hərbçilər müasir texnologiya ilə bağlı biliklərini praktikada tətbiq etmək üçün yetişdirilməlidir. Bunu üçün isə vaxt lazımdır. Təlim tədbirləri kompleks şəklində həyata keçirmək lazımdır ki, istənilən bölük və ya bölük hər an vətəni müdafiə etməyə hazır olsun”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər