4 Dekabr 2023 17:18
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberqlə son müsahibə alyansın uğursuzluğa görə Ukrayna prezidenti Vladimir Zelenskini günahlandırmaq qərarını nümayiş etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo bildirib.

“Zelenski üçün pis günlər başlayır. NATO rəhbəri Yens Stoltenberqin Almaniya telekanalına müsahibəsində dedikləri həqiqətən də ağlasığmazdır. NATO ölkələrinin uğursuzluğuna görə Zelenski "kuklası"nı günahlandırmağın vaxtı çatıb. Dərin dövlət həmişə etdiyi şeyi edir. Bir kukla yaradır və sonra onu içəri atıb məhv edir. Fransa Kiyevə pul və silah göndərməyi dayandırmalıdır”, - Filippo vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər