İngiltərənin paytaxtı London şəhərində yerləşən Sutton qocalar evində baş verən şok faktların görüntüləri ortaya çıxıb.
Teleqraf.com “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, burada yaşlı insanların pis şəraitlə əlaqədar qısa müddətdə həyatlarını itirməsi polisdə şübhələr yaradıb. Araşdırmalar zamanı məlum olub ki, qocaların həyatını itirməsinə əsas səbəb baxıcıların onlarla pis davranması, döyməsi və təhqir etməsi olub.
Hazırda polis faktla bağlı dindirilmələri davam etdirir.
Samir