10 Dekabr 2023 21:13
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prokurorluğu Avropa İttifaqının xarici siyasət xidmətində çalışan İsveç vətəndaşı Yohan Floderusu İsrailin xeyrinə casusluqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli xəbər agentliyi məlumat yayıb.

İran prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Floderus korrupsiyada, ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlərdə, həmçinin “sionist rejim”, yəni İsrailin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər