Qırmızı dənizdə ticarət gəmilərini hədəfə alan PUA Böyük Britaniyanın hərbi gəmisindən atılan raketlə məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Qrant Şapps məlumat verib.
“HMS Diamond” Qırmızı dənizdə ticarət gəmilərini hədəfə alan şübhəli hücum PUA-sını vurub. Hədəf “Sea Viper” raketi ilə məhv edilib”, - nazir bildirib.