Heç kəs rus əsgərlərinin Ukraynadakı əməliyyatlarda iştirakı ilə bağlı dəqiq faktlar göstərə bilməz.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib: “Biz dəfələrlə bəyan etmişik ki, Rusiya Silahlı Qüvvələri Ukraynadakı döyüşlərdə iştirak etmir. Bunu sübut edə biləcək heç bir fakt yoxdur. Biz tərəfləri Minsk razılaşmasına əməl etməyə çağırırıq”.
“Türk axını” layihəsinə də toxunan Lavrov Avropanın bu məsələ ilə yaxından maraqlandığını bildirib: “Bu layihə bir çox Avropa dövlətlərini cəlb edib. Onlar “Türk axını” layihəsinin müzakirələrinə maraq göstərir”.