28 Dekabr 2023 10:43
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In ABŞ və müttəfiqlərinə qarşı ölkəni müharibəyə hazırlamaq üçün səylərin gücləndirilməsinin zəruri olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA məlumat yayıb.

Kim Çen In döyüş hazırlığını daha da sürətləndirmək məqsədilə sursat və nüvə silahı istehsal etmək, eləcə də mülki müdafiə sektorlarını gücləndirmək üçün ordu və hərbi sənayeyə tapşırıqlar verib.

Ölkə lideri Koreya yarımadasında gərginliyin artmasına görə ABŞ və müttəfiqlərini ittiham edərək, onların bölgədə görünməmiş qarşıdurmaya təhrik etdiklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər