Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin liderlərini Milad və Yeni il münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Avropa ölkələrindən yalnız Macarıstan Baş naziri Viktor Orban və Serbiya Prezidenti Aleksandr Vuçiç Putindən təbrik teleqramı alıb. Putin Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı da təbrik edib.
Çin sədri Si Cinpin, Hindistan Prezidenti Draupadi Murmu və Baş nazir Narendra Modi, Suriya lideri Bəşər Əsəd, Laos lideri Txonqlun Sisulit, Vyetnam Kommunist Partiyasının lideri Nquen Fu Çonq və Prezident Vo Van Txıonq Kreml rəhbərindən təbrik alıb.
Kremldən CAR Prezidenti Siril Ramafos, Boliviya rəhbəri Luis Arse, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Venesuela lideri Nikolas Maduro, Kuba Prezidenti Migel Dias-Kanel Bermudezi və ordu generalı Raul Kastro və Nikaraqua rəhbəri Daniel Orteqaya da təbrik göndərilib.
Bundan əlavə, Putin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyan, Belarus rəhbəri Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan lideri Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi təbrik edib.
Roma Papası Frensisk də Rusiya liderindən mesaj alıb.
Eyni zamanda, Vladimir Putin bir neçə keçmiş xarici dövlət və hökumət başçılarını Milad bayramı və Yeni il münasibətilə təbrik edib, xüsusilə Robert Köçəryanı, Nursultan Nazarbayevi, Serj Sərkisyanı, Nikola Sarkozini və Gerhard Şröderi...
Abxaziya və Cənubi Osetiyadakı tanınmamış rejimlərin başçıları Aslan Bjaniya və Alan Qaqloyev də Rusiya liderindən təbrik teleqramı alanlar sırasındadır.