İraqın şimalında İŞİD terrorçu qruplaşmasına daha bir ağır zərbə endirilib. Bu barədə Küdüstan Muxtariyyətinin liderlərindən sayılan Məsrur Bərzani məlumat verib.
Teleqraf.com-un məlumatına görə, Peşmerge güclərinin Mosulun şimalında terror təşkilatı IŞİD-ə qarşı həyata əməliyyatda 200 terror öldürülüb.
Əməliyyat nəticəsində 480 kvadrat kilometr ərazi İŞİD döyüşçülərindən təmizlənib: "Əməliyyat sahəsinin uzunluğu 40 kilometr, genişliyi isə 15 kilometrdir. Bu, ümumilikdə, 480 kvadrat kilometrlik bir bölgəni əhatə edir".
Bərzani onu da əlavə edib ki, peşmerge gücləri nəzərdə tutular bölgələrin böyük qisminə nəzarəti bərpa etməyi bacarıblar: "Cəmdə 1500 kvadrat kilometrlik torpağı azad etdik. Təbii planlarımıza görə, buralara daha əvvəl nəzarət edilməsi və peşmerge güclərinin yerləşmiş olması lazım idi".
Nail Cəlil