Tailandın Mayton adası (Phuket əyaləti) ərazisində turist qayığının qayalığa çırpılması nəticəsində bir rusiyalı qadın həlak olub, altı Rusiya vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Phuketdəki baş konsulu Vladimir Sosnov bildirib.
“Yerli vaxtla təxminən saat 15:00-da Mayton adası ərazisində turistləri daşıyan qayalığa çırpılıb. Bir rusiyalı qadın ölüb, daha 6 Rusiya vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, – o açıqlayıb.