Danimarkanın gəmiçilik şirkəti Maersk-in Hangzhou ticarət gəmisi Qırmızı dənizdə husilər tərəfindən yenidən hücuma məruz qalıb və ABŞ vertolyotları hücum edən gəmiləri batırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
Bazar günü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı USS Gravely-nin Husilərin Sinqapur bayraqlı Hangzhou gəmisinə hücumuna cavab olaraq Qırmızı dənizdə iki gəmi əleyhinə ballistik raketi vurduğunu bildirib.
“31 dekabr səhər saat 6:30-da “Maersk” konteyner gəmisi “Hangzhou” 24 saatdan az müddətdə ikinci təhlükə siqnalını göndərərək, İranın dəstəklədiyi Husilərin dörd kiçik qayığının hücumu barədə məlumat verdi”, - komandanlıq sosial mediada X-də bildirib.
Məlumata görə, husilər konteyner gəmisini 20 metr məsafədən atəşə tutub, həmçinin təhlükəsizlik qrupu atəşə cavab verən gəmiyə girməyə cəhd edib. Bildirilir ki, siqnala cavab olaraq məkana göndərilən ABŞ helikopterləri də husilərin atəşinə məruz qalıb.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopterləri özünümüdafiə məqsədi ilə cavab atəşi açaraq, dörd kiçik qayıqdan üçünü batırıb və ekipajları zərərsizləşdirib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, dördüncü qayıq ərazini tərk edib.