5 Yanvar 01:20
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın kommersiya neft ehtiyatları dekabrın 29-da bitən həftədə 5,5 milyon barrel azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

“Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu neftin 3,73 milyon barrel azalacağını göstərir.

Qeyd olunub ki, ABŞ-da benzin ehtiyatları 10,9 milyon barel, distillatlar isə 10,09 milyon barel artıb.

Nyu-York əmtəə birjasında satılan neftin saxlandığı Kuşinq terminalında ehtiyatlar keçən həftə 706 min barel artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər