Sutka ərzində Ukraynanın şərqində davam edən döyüşlər zamanı yerli qüvvələrdən 10 əsgər həyatını itirib.
Teleqraf.com unian.net-ə istimadən xəbər verir ki, bununla bağlı Antiterror Əməliyyatı Qüvvələrinin sözçüsü Andrey Lısenko açıqlama verib. Onun sözlərinə görə, insident zamanı 19 hərbçi də xəsarət alıb.
Lısenko qeyd edib ki, separatçılar əsasən ağır artilleriyadan və iri çaplı silahlardan atəş açıblar.
Samir