İranın Əlborz əyalətindəki kosmetik vasitələr fabrikində baş verən yanğın nəticəsində azı 53 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.
Hadisə vilayətin cənub-şərqində yerləşən sənaye şəhərciyində baş verib.
Zərərçəkənlərin aparıldığı əyalət tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır olaraq qiymətləndirib.
Yanğınsöndürənlər alovun lokallaşdırılmasına nail olublar.