12 Yanvar 01:12
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Moldova vətəndaşlığı olan bir neçə məmur və jurnalistləri respublikanın qeyri-dost hərəkətlərinə görə ölkəyə buraxmayıb.

Teleqraf.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Moldova Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarov deyib.

Onların arasında Dövlət Kanslerinin baş katibi, Moldova Ali Təhlükəsizlik Şurasının üzvü Adriana Balutsela, Prezidentin müşaviri Olqa Rosku, Hökumətin baş katibi Artur Miju, Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Aleksandr Manolun adı var. Onlardan əlavə siyahıya Moldova KİV-lərinin yeddi əməkdaşı da daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər