12 Yanvar 14:45
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla region ölkələrini Yəməndəki “Ənsarallah” Hərəkatının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiyaya qoşulmağa inandıra bilməyib.

Teleqraf.com xəbər verir ki, “Semafor” ABŞ-nin baş diplomatının Yaxın Şərq turu çərçivəsində bu məsələni müzakirə etdiyini yazır.

Nəşr bildirir ki, husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatlara dəstək verməkdə maraqlı deyil. Misir və Qətərin də əməliyyatlara qoşulmaq niyyəti yoxdur.

Mənbə hesab edir ki, bu, Qəzzada davam edən münaqişədə İsrail və Qərb müttəfiqlərinin tərəfində olmaq kimi qəbul edilə bilər.

Portal qeyd edib ki, regional tərəfdaşların dəstəyinin olmaması ABŞ-nin husilərə qarşı həm döyüş meydanında, həm də ritorika baxımından planlarını poza bilər. “Semafor” əlavə edib ki, region ölkələrindən yalnız Bəhreyn Vaşinqtonun planına qoşulub.

Qəzzada HƏMAS-İsrail savaşının şiddətlənməsindən sonra husilər İsrailə hücum edəcəklərini və qarşıdurma bitənədək gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar. Husilərin bu yöndəki addımlarına cavab olaraq ABŞ və Britaniya qüvvələri Yəmənə hava zərbələri endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər