17 Yanvar 15:47
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinnin Ukrayna sərhədlərindən xeyli kənara çıxan aqressiv planları var.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Kreml rəhbərinin qalib gəlməsinə icazə verilsə, Ukraynada dayanmayacaq. Putinin məsuliyyətdən yayınmasına imkan versək, sayıqlığımızı və Ukrayna üçün etdiklərimizi itirsək, bu, "Pandoranın qutusu"nu açacaq. Ukraynada dayanmayacaq, dünyanın digər yerlərindəki potensial təcavüzkarlar bundan nümunə götürəcəklər. Belə bir ssenari ciddi təhlükə ilə doludur, bu, ABŞ-ni Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər.

Düşünürəm ki, Putin tam şəkildə Ukraynaya hücum edəcək, sonra NATO ölkələrinə üz tutacaq. Hansısa NATO ölkəsinə hücum etsə, müqaviləyə uyğun olaraq cavabını verəcəyik", - dövlət katibi bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər