Pakistan səhər saatlarında antiterror əməliyyatı keçirib, bu əməliyyat çərçivəsində İranın Sistan-Bəlucistan əyalətlərindəki terrorçuların sığınacaqlarına zərbələr endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu səhər Pakistan İranın Sistan-Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib”, - məlumatda deyilir.
XİN bildirir ki, kəşfiyyat məlumatları əsasında həyata keçirilən məxfi əməliyyatı zamanı bir neçə terrorçu məhv edilib.
"Röyter" agentliyi bundan əvvəl Pakistan ordusunun İran ərazisinə hava zərbələri endirdiyini yazmışdı. Beləliklə, iddia rəsmən İslamabad tərəfindən təsdiqlənib.