22 Yanvar 00:58
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın müdafiə naziri Sebastien Lecornü bölgədə gərginliyi müzakirə etmək üçün İsrailə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press“ (AFP) agentliyi məlumat yayıb.

Bu, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Fransa hərbi idarəsi rəhbərinin İsrailə ikinci səfəridir.

Səfərin əsas məqsədi girovların azad edilməsi imkanlarını və regionda gərginliyi azaltmaq yollarını tapmaqdır.

Agentliyin məlumatına görə, bazar ertəsi başa çatacaq səfər proqramına “İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla görüş” daxildir. Lekornu həmçinin HƏMAS silahlıları tərəfindən girov saxlanılan insanların yaxınları ilə görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər