22 Yanvar 15:47
3 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xaricdən artilleriya mərmiləri almaq səyləri çərçivəsində Şimali Koreya ilə əməkdaşlığı intensivləşdirir, çünki sursat çatışmazlığı ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyi yanvarın 20-də açıqlamışdı ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada bu qurumun rəhbəri ilə görüşü zamanı yaxın gələcəkdə Pxenyana səfər etməyə hazır olduğunu deyib.

Rusiya lideri sonuncu dəfə 2000-ci ildə Şimali Koreyaya rəsmi səfər edib. ISW-yə görə, ikitərəfli münasibətlərin dərinləşməsinə maraq yeni sursatların alınması ilə bağlıdır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitskinin sözlərinə görə, ötən ilin sentyabr-noyabr aylarında Şimali Koreya Rusiyaya 1 milyon artilleriya mərmisi verib. Belə bir iddianı Cənubi Koreya kəşfiyyatı da irəli sürüb.

“Hesablamalara görə, söhbət Rusiyaya çatdırılan 1 milyon artilleriya sursatından gedir. Bu, Moskvanın öz istehsalı ilə ört-basdır edə bilmədiyi çatışmazlıqdır”, - məlumatda deyilir.

Rusiya hakimiyyəti Şimali Koreyadan sursat aldığını inkar edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər