24 Yanvar 00:12
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Rusiyanın Ukraynada İranın pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə bağlı ittihamlarının yalan olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Lavrov Amerikanın CBS televiziyasına verdiyi açıqlamada ABŞ-nin Rusiyanın Ukraynada İran PUA-larından istifadə etməsi ilə bağlı ittihamlarına cavab verib:

“Bizi Ukraynaya hücum etmək üçün İran PUA-larından istifadə etməkdə ittiham edirlər. Bu, tamamilə uydurmadır. Əgər sübutunuz varsa, təqdim edin. Biz özümüzü müdafiə etməyəcəyik, çünki bizim ittiham olunduğumuza dair heç bir sübut yoxdur”.


Müəllif: Teleqraf.com