“Ənsar Allah” hərəkatının lideri Əbdülməlik əl-Husi ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin hərbi obyektlərinə endirdiyi zərbələri səmərəsiz hesab edir.
Teleqraf.com xəbər verir ki, hərəkat lideri bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalında yayımlanan müraciətində bildirib.
“ABŞ və Böyük Britaniyanın eskalasiyası nə olursa olsun, Yəmənə zərbələr səmərəsizdir və bizi mövqeyimizi dəyişməyə məcbur edə bilməz”, - deyə o vurğulayıb.
“Amerikalılar ölkəmizə zərbə endirməklə gəmilərə hücumları dayandıra bilmədilər, lakin özləri və ingilislər üçün təhlükə yaratdılar”, - Ənsar Allah lideri vurğulayıb.