26 Yanvar 13:56
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının siyasi qanadı HDP-nin keçmiş sədri Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaş DEM Partiyasının uyğun görəcəyi təqdirdə İstanbul böyükşəhər bələdiyyə sədrliyinə namizəd olmaq istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qərar xarici medianın da diqqətini çəkib.

İstanbul böyükşəhər bələdiyyəsinin hazırkı sədri Əkrəm İmamoğlunun gəlişməyə münasibəti qısa olub:

“Bu, DEM Partiyasının qərar verəcəyi məsələdir”.

İmamoğlu Başak Demirtaşla bağlı şərh verə bilməyəcəyini bildirib.

İmamoğlunun lehinə materiallar tirajlayan yunan mətbuatı Başak Dəmirtaşın namizəd olacağı təqdirdə İstanbulun hazırkı bələdiyyə sədrinin seçkilərdə uduzacağını iddia edir.

“Etnos” qəzeti “Başak Dəmirtaş: İmamoğlunu təhdid edən qadın” adlı məqaləsində bələdiyyə seçkilərinin gözləniləndən daha tez sürətləndiyini yazıb.

“Başak Dəmirtaş İstanbuldan namizəd kimi irəli sürülsə, sol və kürd seçicilərin səsini ala bilər. Amma bu, CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlunun yenidən seçilməməsi bahasına başa gələ bilər”, - yunan nəşri bildirir.

Yenə həmin məqalədə rəqiblərinin (AKP-MHP) də Başak Dəmirtaşın namizəd olacağı təqdirdə İmamoğlunun uduzacağını düşündükləri qeyd edilir.

Türkiyədə bələdiyyə seçkiləri martın 11-də keçiriləcək. Ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərə millət vəkili Murat Kurumun namizədliyi ilə gedir. Müxalif Millətçi Hərəkat Partiyası (MHP prosesdə AKP-ni dəstəkləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər