29 Yanvar 10:55
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mandatım çərçivəsində hazırlaşırdım, yanvarın sonunda Abxaziyaya səfər edəcəkdim. Təəssüf ki, oradakı həmsöhbətlərim mənə bunun mümkün olmadığını bildirdilər.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Onun sözlərinə görə, bu, son altı ayda ikinci imtinadır.

Klaar qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Abxaziya məsələsi kənarda qalmamalıdır.

“Abxaziya ilə əlaqə kanallarının bağlanması heç kimin marağına uyğun deyil”, - AB rəsmisi bildirib.

Özünü “müstəqil” elan edən bölgə Rusiya ordusunun nəzarəti altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər