2 Fevral 23:34
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

Zelenski Qazaxıstan ictimai təşkilatlarının xətti ilə Ukraynaya humanitar yardım göstərildiyinə görə Tokayevə minnətdarlığını bildirib.

O, həmçinin Davosda "sülh formulu" üzrə 80-dən çox dövlətin nümayəndələrinin son görüşünün yekunları və İsveçrədə növbəti qlobal sammitə hazırlıq barədə ətraflı məlumat verib.

Qazaxıstan və Ukrayna liderləri ikitərəfli humanitar və ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər