Avropa Birliyi (AB) liderlərinin Ukraynaya 50 milyard avro ayırması onların ölkələrinə problemlər yaradacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarın AB üzvləri üçün mənfi nəticələrinin olacağını deyib.
“Kiyevdəki nasist rejiminə 50 milyard avro ayırmağa qərar verən Avropa Birliyi liderləri öz ölkələrini daha böyük problemlərə məhkum edirlər. Bu, Avropa Birliyində siyasi prosesləri hərəkətə gətirəcək tətikdir”, - spiker bildirib.
Volodin vurğulayıb ki, AB-yə üzv ölkələrin hakimiyyətləri məsuliyyətsiz qərarlar verirlər və milli maraqlara zidd hərəkət edirlər.