3 Fevral 21:47
2 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın üç regionunda epidemiya həddi artıq keçib. Bununla belə karantin tədbirlərinin tətbiqi hələlik proqnozlaşdırılmır.

Teleqraf.com "Unian.net"ə istinadən xəbər verir ki, bu barədə baş dövlət sanitar həkimi və səhiyyə nazirinin müavini İqor Kuzin RBC-Ukraynaya şərhində bildirib.

Onun sözlərinə görə, hazırda üç regionda - Jitomir, Xmelnitski və Çernivtsidə epidemiya həddini keçib. Eyni zamanda, Vinnitsa, Lvov, Rivne, Ternopil və Çerniqov vilayətlərində ARVI-yə yoluxma hallarının artması qeydə alınıb.

Həkimin dediyi kimi, ölkənin 22 rayonunda A və B qrip viruslarının dövriyyəsi ilə əlaqədar hazırda 17 yaşa qədər uşaqlar arasında ARVİ-yə yoluxma hallarında artım müşahidə olunur. Onun proqnozlarına görə, aprel ayına qədər qrip virusu COVID-19 infeksiyasına üstün gələcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər