6 Fevral 11:24
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) bu ölkədə Xocalı soyqırımını anma və Ermənistanın digər terrorçu fəaliyyətlərini qınayan fotosərgi təşkil etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə TASFO rəhbəri Fatih Özonur məlumat verib.

Fond rəhbəri sərginin təşkilinə dəstək və qatılmaq üçün ABŞ-dəki Azərbaycan diasporuna da çağırış edib:

“Gəlin birlikdə eyni gün və eyni saatda – fevralın 26-da ABŞ-nin fərqli ştatlarında Xocalı soyqırımı qurbanlarını anan və terror dövləti Ermənistanı qınayan sərgilər açaq”.

Fatih Özonur artıq dörd ştatda hazırlıqlara başladıqlarını da açıqlayıb.

“TASFO Arizona, Florida və Koloradoda sərgi təşkil edəcək. Azərbaycanlı dərnək başqanı Mina xanımla danışmışam, onlar da həmin gün sərgi açacaqlar”, - fond rəhbəri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər