7 Fevral 12:28
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Çinə qarşı yeni həmlə həyata keçirməyə çalışır. Çinin Avropa ölkələrinə yatırımları artıb. Bu sırada Çinin Avropanın müxtəlif dəniz limanlarının nəzarəti ələ keçirməsi də var. Bu da Brüsseldəki müxtəlif dairələri ciddi narahat etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki. Avropa Parlamenti qitənin dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib:

Qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılmasının vacibliyi göstərilib. Bəllidir ki, “xarici dövlətlər” dedikdə Çin nəzərdə tutulub. Çünki Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və bura yatırımlar qoyub. Məsələn, Çin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan COSCO Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur.

Avropanın Çindən artan iqtisadi asılılığını avropalı ekspertlər də dilə gətirirlər. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz COSCO həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir”.

Mərkəzin ekspertləri bildirirlər ki, Avropa Parlamentinin qətnaməsində Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var:

“Avropada ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər. Brüsseldə hesab edirlər ki, Çin iqtisadi yatırımlarını artırdıqdan bir müddətdən sonra Avropaya siyasi istəklərini də diktə etməyə başlayacaq.

“Politico” nəşri artıq Avropa Komissiyasının üzv ölkələrə xəbərdarlıq etdiyini yazır: “Texnologiya sahəsində strateji araşdırmaların nəticələrini Çinlə bölüşməyin”.

Avropa Komissiyası hesab edir ki, Pekin həmin nəticələrdən texnologiyalarını inkişaf etdirmək üçün istifadə edəcək. Buna görə də Brüssel Avropada texnoloji araşdırmalar və elmi yeniliklərin bir mərkəzdə cəmləşməsinin tərəfdarıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər