Putinin jurnalist Taker Karlsonla müsahibəsi Ağ Ev tərəfindən səs-küylə qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Xarici işlər naziri Sergey Lavrov bir neçə il əvvəl bir dəfə demişdi ki, ingilis dilində "Chicken" adlı bir oyun var - ilk gözünü kim qırpacaq. Bu halda amerikalılar gözlərini qırpıb, sonra da gözlərini qapayıblar. Onların reaksiyası yanaşmalarının saxtakarlığını o qədər üzə çıxarır ki, inanmaq belə mümkün deyil.
Ağ Ev, Dövlət Departamenti, media yalnız bir məlumatı çatdırmaq üçün bir-biri ilə yarışır. İmkan verməyin ki, amerikalı jurnalist sizdən müsahibə alsın. Bir neçə həftə əvvəl amerikalı jurnalist Ağ Evin A-dan Z-yə tam maliyyələşdirdiyi Ukraynada zindanda işgəncə ilə öldürüldü. Amerika rəsmiləri isə bununla bağlı heç nə deməyiblər. Sadəcə bunu təqib etmədiklərini söylədilər. Bu, Amerika elitasının iki dəfə təkrarən özünü ifşa etməsidir”, - Zaxarova vurğulayıb.