17 Fevral 01:34
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıb.

Teleqraf.com xəbər verir ki, Bayden müxalifət liderinin ölümünə təəccüblənmədiyini, lakin qəzəbləndiyini deyib.

“Biz nə baş verdiyini dəqiq bilmirik, lakin heç bir şübhə yoxdur ki, Nalvaninin ölümü Rusiyanın hərəkətlərinin nəticəsidir”, - deyə Bayden Ağ Evdə çıxışı zamanı bildirib.

“Navalnının ölümünə görə Rusiya məsuliyyət daşıyır”, - deyə o qeyd edib.

ABŞ Prezidenti həmçinin baş verən hadisəyə görə Rusiyaya qarşı hansı əlavə addımların atıla nəzərdən keçirdiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər