Ukrayna Krımı qaytara bilməyəcək, üstəgəl, daha çox ərazi itirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak deyib.
General daha çox ərazi itirməmək üçün ukraynalıları realist olmağa və özlərini müdafiə etməyə çağırıb.
“Cəbhədə baş verənlərə görə Krımın hərbi yolla qaytarılması perspektivi həddindən artıq uzaqlaşıb”, - Skşipçak bildirib.
Onun fikrincə, yeganə həll yolu Koreya modeli (bölünmə) ola bilər. Əks halda, general münaqişənin uzun çəkəcəyini iddia edib.