20 Fevral 13:54
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan fevralın 21-22-də Braziliyada keçiriləcək G-20 sammitində Qəzzada beynəlxalq ictimaiyyəti təcili atəşkəs və humanitar yardıma çağıracaq.

Teleqraf.com xəbər verir ki, toplantı iki əsas gündəmdən ibarət olacaq: “Böyük İyirmiliy”in davam edən beynəlxalq gərginliklə mübarizədə rolu və qlobal idarəetmə islahatları.

Fidan qlobal idarəetmə islahatlarının Türkiyə üçün önəminə toxunacaq və çoxtərəfliliyin güclənməsinə vurğu edəcək. Türkiyənin baş diplomatı bu çərçivədə Qəzza məsələsində BMT Təhlükəsizlik Şurasının qeyri-kafili fəaliyyətinə də diqqət çəkəcək.

Qlobal idarəetmə islahatları ilə bağlı Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” devizi çərçivəsində Türkiyənin mövqeyini çatdıracaq. Nazir Türkiyənin beynəlxalq sistemdə islahatlara dair fikirlərini bir daha qeyd edəcək.

Hakan Fidan beynəlxalq münaqişələrə ikili standartlardan uzaq, diplomatik həll yolları axtarılmaqla ədalətli, əhatəli və effektli beynəlxalq sistemin formalaşa biləcəyi mesajını verəcək.

G-20 toplantısında Rusiya-Ukrayna müharibəsindən sonra böhrana səbəb olan ərzaq və enerji təhlükəsizliyi məsələsinin də gündəmdə olacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər