25 Yanvar 2015 22:30
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış terrorçunu həbs etmək istəyi qırğına səbəb olub.

“The Associated Press”in Maniladan verdiyi xəbərində deyilir ki, bu gün Filippində xüsusi təyinatlı polisin 30 nəfər üzvü yerli terrorçular tərəfindən öldürülüb. Bazar günü baş vermiş bu hadisə çoxlarını heyrətdə qoyub. Bu, indiyə qədər Flippin ordusunun bir gündə verdiyi ən böyük itkidir.

Bildirilir ki, Xüsusi Təyinatlılar Tukanalipao kəndinə səhər erkən daxil olublar. Onlar yüksək rütbəli terrorçunu axtarırmışlar. Ancaq onlar Moro İslamçı Azadlıq Cəbhəsi ilə başqa islamçı terrorçuları səhv salıblar. Kəndin Tahirudin Benzar adlı rəhbəri telefon vasitəsi ilə agentliyə bildirib.

Polislərin kəndə gəlişindən xəbər tutan digər terrorçular da oraya axışıb.

Agentlik qeyd edir ki, Moro terrorçu təşkilatı ötən il hökumətlə sülh anlaşması imzalayıb.

Polislər Moro qrupuna və hərbçilərə kəndə gəlişləri ilə bağlı heç bir məlumat verməyiblər, ehtimal ki, elə bu səbəbdən də orada atışma baş verib. Atışmanı dayandırmaq cəhdləri uzun sürüb və sonra məlum olub ki, 30 polis atışma zamanı öldürülüb. Kənd ağsaqqalları yalnız 5 polisin meyitini kənddən çıxara biliblər.

Agentlik bildirir ki, xüsusi təyinatlı polislər Zülkifli bin Hir-i axtarırmışlar. O, Marvan ləqəbi ilə tanınır. ABŞ və Filippin onu bir neçə partlayışa görə günahkar bilir. O, 2003-cü ildən ölkənin cənubunda gizlənir.

O da bəlli deyil ki, kəndə bütövlükdə nə qədər polis daxil olub. Ehtimal edilir ki, polislərin ölümü ilə bağlı qeyd olunan göstəricinin artmaq ehtimalı böyükdür.


Müəllif:

Oxşar xəbərlər