ABŞ-də Ukraynaya yardımın davam etdirilməsinə dair razılaşma olmasa, Kiyev mövcud resursları nəzərə alaraq hansı yaşayış məntəqələri uğrunda mübarizə aparacağı seçimi qarşısında qalacaq.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinq deyib.
O vurğulayıb ki, Senatın qərarı olmadan Ukrayna çox vacib yardım paketlərini ala bilməyəcək:
“Senatdan lazımi maliyyəni almasaq, bu kritik paketləri çatdıra bilməyəcəyik və Ukrayna hansı şəhərlər və ya yaşayış məntəqələri uğrunda mübarizə aparacağı barədə qərarlar qəbul etməli olacaq”.