26 Fevral 08:42
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramallahda həftənin sonuna qədər texnokratlardan ibarət Fələstin hökuməti yaradıla bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabia” prezident Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Yeni baş nazir postuna ən çox ehtimal olunan namizəd Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafadır.

Xatırladaq ki, Ramallahdan 2019-cu ildən baş nazir Məhəmməd Ştayyenin rəhbərlik etdiyi hökumətin bu gün istefa verəcək.

Fələstin liderinə yaxın mənbə “Al Mayadeen” televiziyasına bildirib ki, kabinet üzvləri buna baxmayaraq, yeni hökumət qurulana qədər fəaliyyətlərini davam etdirəcəklər.

Mənbənin sözlərinə görə, prezident Mahmud Abbas bəzi regional oyunçuların və ABŞ-nin ona etdiyi təzyiqlər fonunda hökuməti buraxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər