26 Fevral 10:01
23 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Birliyinin 20-yə yaxın lideri Fransada görüşərək Rusiya lideri Vladimir Putinə Ukraynaya dəstəklə bağlı mesaj göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makronun müşaviri nəşrə deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə qaçılmaz qələbəsi iddialarına qarşı çıxmaq istəyirlər. Onun sözlərinə görə, son bir neçə həftədə Rusiyanın hücumlarının kəskinləşməsi ilə əlaqədar təcili toplanmaq qərarına gəliblər.

“Putinə Ukraynada qalib gəlməyəcəyinə dair çox açıq siqnal göndərmək istəyirik. Məqsədimiz onun hansısa yolla qalib gələcəyinə inanmağımızı istədiyi bu ideyanı məhv etməkdir”, - Makronun müşaviri Britaniya nəşrinə bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər