Çexiya NATO xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünə ev sahibliyi edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın saytında dərc edilən məlumatda bildirilib.
NATO-nun Brüsseldəki mənzil-qərargahından verilən məlumata görə, xarici işlər nazirləri mayın 30-31-də Praqada görüşəcəklər.
NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlıq kontekstində bu görüşü təşkil etdiyinə görə Çexiyaya minnətdarlığını bildirib.
O qeyd edib ki, bu il Çexiyanın NATO-ya üzv olmasının 25 ili, Mərkəzi və Şərqi Avropanın daha 7 ölkəsinin alyansa üzv olmağa dəvət olunduğu Praqa Sammitindən 22 il keçir.