29 Fevral 10:25
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Rusiya ilə sərhəd yaxınlığında hərbi qüvvələrini yerləşdirməyə başlayıb. Çox güman ki, Rusiyanın dağılmasından sonra bəzi ərazilərini götürməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

“Çinlilər öz hərbi qüvvələrini tam əminliklə Rusiya ilə sərhəddə yerləşdirirlər. Çünki müəyyən bir vaxtda Rusiya İmperiyasının dağılacağını proqnozlaşdırırlar. İndiki məqamda Rusiyaya hücum etməyəcəklər. Bəs Rusiya dağılmağa başlayan kimi çinlilər nə edəcəklər? Dərhal bacardıqları qədər tarixi Çin torpaqlarını qaytarmaq üçün şimala - Ağ dəniz, Baykal, Buryatiya, Saxalin və Vladivostoka yürüş edəcəklər. Rusiya parçalanmağa başlayan kimi birmənalı olaraq bu torpaqları ələ keçirəcəklər”, - ekspert bildirib.

Svitan dünyanın qarşıdakı 10 ildə bu ssenarinin reallaşacağını görəcəyini iddia edir. Ekspert onu əlavə edib ki, ruslar bu müddətdə Avropaya hücum etməyə vaxt tapmayacaqlar.

“Hücuma hazırlaşırlar, amma vaxtları olmayacaq. Ərazilərmizdə hərbi əməliyyatların dondurulmasından sonra onlara beş il lazımdır, bunun baş verməsi ehtimalı azdır. İndi rusların bütün səyləri hərbi əməliyyatları dondurmağa hesablanıb”, - Svitan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər