5 Mart 15:36
6 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələrinin səfirləri Rusiyadan qovulmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Avropa Birliyi ölkələrinin Rusiyadakı səfirləri Brüsselin məsləhətlərinə qulaq asaraq Rusiya xarici işlər naziri (Sergey Lavrov) ilə görüşdən imtina ediblər. Bu, diplomatik nümayəndəliklər və səfirlərin təyinatlarının mövcudluğu ideyasına tamamilə ziddir.

Əslində bütün bu səfirlər Rusiyadan qovulmalı, diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır. Onlar səfir deyil, əsl problemlərini başa düşməyən siyasi axmaqlardır”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər