2 Aprel 00:07
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Suriyanın Dəməşq şəhərində konsulluq binasına hücum bütün beynəlxalq öhdəliklər və konvensiyalara ziddir.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Suriya xarici işlər naziri Feysəl Miqdadla telefon söhbətində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət belə hücumlara qarşı ciddi şəkildə reaksiya verməlidir.

Telefon söhbətində Suriya xarici işlər naziri Feysəl Miqdad da Suriya paytaxtı Dəməşqdə İran konsulluğuna hücumu Vyana diplomatik konvensiyasının ciddi şəkildə pozulması adlandırıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 7 nəfər, o cümlədə,n İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər