"F-16" qırıcıları Ukrayna üçün Rusiya ordusuna qarşı "gümüş güllə" ola bilməz.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Bild" qəzetinə müsahibəsində deyib.
"Döyüş meydanında bir sistem vəziyyəti dəyişə bilər. Bu bütün müharibəni dəyişə biləcək "gümüş güllə" deyil", - o deyib.
Stoltenberq, bununla belə, pilotların təlimi və "F-16" qırıcılarının tədarükünün NATO tərəfdaşları tərəfindən Ukrayna üçün mühüm yardımın daha bir nümunəsi olduğunu əlavə edib.