Fransanın Avallon şəhərinin merinin evində 70 kiloqram marixuana aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü BFMTV kanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.
“Bazar günü, aprelin 7-də Yonne departamentində Avallon şəhərinin sosialist meri Djamila Absaouinin evində ən azı 70 kiloqram marixuana aşkar edilib”, - telekanalın açıqlamasında deyilir.
Hüquq-mühafizə orqanları merin qardaşının qadağan olunmuş maddələrin satışı ilə məşğul olduğunu müəyyən ediblər.
Bu həftə Fransa hakimiyyəti Tuluza, Strasburq və Nantda, eləcə də daha altı şəhərdə genişmiqyaslı anti-narkotik əməliyyatlara başlayıb. 1,7 mindən çox insan saxlanılıb.