12 Aprel 10:11
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında növbəti dəfə Ukrayna ərazisini İran PUA-ları (“Şahid”) ilə hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Açıqlamada deyilir ki, gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinin enerji infrastrukturu Rusiyanın zərbələri altında olub. Bu istiqamətdəki gərgin döyüşlər təxminən 5 saat davam edib.

Rusiya işğal altındakı Krımdan 17 “Şahid” tipli hücum dronu və Donetsk vilayətinin hava məkanından X-59 idarəolunan raketi atıb.

Ukrayna hərbi aviasiyası Nikolayev, Odessa, Xerson, Dnepropetrovsk, Vinnitsa və Xmelnitski vilayətlərində 16 “Şahid” tipli hücum PUA-sını məhv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər