ABŞ İranın İsrailə hava zərbələri endirəcəyinə əmindir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” ABŞ rəsmilərinə istinadla yazır.
“Birləşmiş Ştatlar İranın İsrailə hücumunu gözləyir, amma bu, Vaşinqtonu müharibəyə cəlb edəcək qədər böyük olmayacaq”, - ABŞ rəsmisi İsrail nəşrinə deyib.
Ağ Ev bundan əvvəl Vaşinqtonun Yaxın Şərqdə münaqişənin yayılmasını istəmədiyini və ABŞ-nin Tehrana Suriyadakı konsulluğa hücumda iştirak etmədiyini açıqlayıb.
ABŞ İrana bu hücumdan regionda daha da genişlənmək üçün bəhanə kimi istifadə etməməsi barədə xəbərdarlıq edib.