Nigeriyada yük maşınının minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hadisənin Nigeriyanın şimal-şərqində baş verdiyi bildirilir.
Zərərçəkənlər Çad gölünə gedən balıqçılar və fermerlər olub.
Hakimiyyət terror aktına görə ölkənin bu hissəsində fəaliyyət göstərən radikal qruplaşmaların döyüşçülərinin məsuliyyət daşıdığını bəyan edib.