Rusiya Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarənin İngiltərə hava məkanı yaxınlığında uçuş həyata keçirməsi iki ölkə arasında gərginliyə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmilər təyyarələrin səmada bir neçə dövrə vurduqdan sonra uzaqlaşdığını bildiriblər. Məsələ ilə bağlı Rusiyanın Londondakı səfiri İngiltərə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İngiltərə XİN-dən verilən məlumata görə, Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenkonun nazirliyə çağırılmasına səbəb hadisənin səbəblərini öyrənmək və məsələ ilə bağlı Rusiya hökumətinə narazılığını bildirmək olub.
Samir