Rusiyanın Rostov vilayətində itkin düşmüş 10 yaşlı qızın cansız bədəni tapılıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, azyaşlının itkin düşməsi ilə bağlı məlumatı hüquq-mühafizə orqanlarına anası verib. O bildirib ki, 2004-cü il təvəllüdlü qızı məktəbdən çıxıb ancaq evə gəlməyib. Axtarışlar zamanı balaca qızın cəsədi məktəbdən 500 metr aralıda tapılıb. Üzərinə baxış zamanı azyaşlıya bıçaqla zərbə endirildiyi və qızın nəfəs çatışmazlığından öldüyü məlum olub.
Polislər azyaşlının boğularaq öldürüldüyünü açıqlayıblar.
Faktla bağlı şəhər polis idarəsində araşdırmalar aparılır.
Samir